BDU-nun Qazax filialının tələbələri beynəlxalq sertifkatla təltif olunub

BDU-nun Qazax filialının tələbələri  beynəlxalq sertifkatla təltif olunub

Qazax Gənclər Evində Lider Akademik Təşkilatçılığı ilə “ Leader Psychology Summit” təlimi keçirilib. İlk dəfə Qazaxda keçirilən bu seminar  psixoloq və loqopedlər tərəfindən təşkil olunub.  100 nəfərin iştirakı  keçirilən seminarda  BDU Qazax tələbələri də iştirak edib.

Seminarın sonunda filialın tələbələrindən  Minurə Hüseynova, Sima Məmmədova Səbinə Əsgərova, Minirə Hacıyeva, Aişə Aslanova, Fidan Qədirova, Şəlalə Məmmədova, Aysel Quliyeva, Solmaz Qurbanova, Ayşə Qocayeva, Jalə Xançallıyeva beynəlxalq sertifkatla təltif olunub.

Filialın Mətbuat Xidməti