BDU-nun Qazax filialında magistrantların dissertasiy işlərinin ilkin müdafiəsi olub

24.04.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında magistratura səviyyəsinin II kurs tələbələrinin dissertasiya işlərinin ilkin müdafiəsi olub.

Filialın direktoru Arif Rüstəmov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, kafedra müdiri Arif Veyisov, professor İmaş Hacıyev, kafedranın baş müəllimi Mübariz Süleymanov, müəllim Günay Binnətova və digər əməkdaşlar ilkin müdafiədə iştirak edib.

İlkin müdafiədə magistrantlardan - Şəymən Məmmədxanlı “Qazax-Tovuz iqtisadi rayonunda turizmin inkişaf prespektivləri”, Lalə Namazova “Lənkəran-Astara iqtisadi coğrafi rayonunun turizm potensialı”, Nurlan Quliyev “Qanunla münaqişədə olan uşaqlarla sosial işin təşkilinə mütərəqqi dünya təcrübəsi”, Tural Rəhimli “Gənc ailələrdə daxili konfliktlər və boşanmalar”, Şəymən Nəbiyeva “Tarixin tədrisi zamanı təlim vasitələri və şagirdlərdə formalaşdırılacaq bacarıqlarda müəllim və şagirdlərin fəaliyyəti” mövzuları haqqında ətraflı məlumat veriblər. Magistr dissertasiyası üzrə verilən suallar magistrantlar tərəfindən cavablandırılıb.

Sonra ilkin müdafiədə iştirak edən magistrantların elmi işlərinin hazırlanması prosesinin  qiymətləndirilməsi  həyata keçirilib.            

Filialın Mətbuat Xidməti