BDU-nun Qazax Filialının tələbələrinə beynəlxalq sertifikat verilib

Bakı Dövlət Universitetinin Qazax Filialının bir qrup tələbəsi Gəncə şəhərində keçirilən “Lider psixologiya zirvəsi” adlı forumda iştirak edib. Şəhərin Heydər Əliyev Mərkəzində ilk dəfə keçirilən ən böyük psixoloji inkişaf forumunda psixoloq, təlimçi və mütəxəssislər məruzələrlə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablan­dırıblar.

Forumun sonunda iştirakçılara beynəlxalq sertifikatlar verilib. Filialın forumun iştirakçısı olmuş tələbələrindən Rəqsanə Əhmədova, Sima Məmmədova, Minurə Hüseynova, Aysel Quliyeva və Səbinə Əsgərovaya sertifikat təqdim olunub.

Filialın Mətbuat Xidməti