Riyaziyyat və informatika kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 27.11.2026 06:48
- Çap

Riyaziyyat və informatika kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin peda-qoji və elmi səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan və müntəzəm olaraq davam etdirilən növbəti elmi seminar keçirilib.
Kafedranın müdiri professor Hüseyn Xəlilov seminarın mövzusunu elan etdikdən sonra kafedranın müəllimi Aysel Hüseynova “İkitərtibli xüsusi törəməli differensial tənliklərin kanonik şəklə gətirilməsi” mövzusunda çıxış edib.
Seminarın sonunda kafedranın müəllimləri tərəfindən verilən suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti
