BDU Qazax filialında “Uşaq hüquqları aylığı”na həsr edilmiş tədbir keçirilib

BDU Qazax filialında “Uşaq hüquqları aylığı”na həsr edilmiş tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “Uşaq hüquqları aylığı”na həsr edilmiş tədbir keçirilib. “Uşaq hüquqları-sağlam gələcəyin təminatıdır” adı altında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanda hər il 20 oktyabr – 20 noyabr tarixləri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının ildönümü və Ümumdünya Uşaqlar Günü ərəfəsində “Uşaq Hüquqları Aylığı” kimi qeyd olunur. 

Sonra mövzu ilə əlaqədar hazırlanmış slayt təqdim olunub.  

Filialın Pedaqoji fənlər kafedrasının müəllimi Vəfa İlyasova məruzə ilə çıxış edərək “Uşaq Hüquqları Aylığı” ilə baglı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Filialın Pedaqoji fənlər fakültəsinin dekanı Hamlet İlyasov, Qazax şəhər 5 saylı körpələr evi–uşaq bağçasının müdiri İradə Mustafayeva, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Gülər Məmmədli, Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi Nurcan Bayramova tədbirdə çıxış edərək uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam böyümələri üçün ölkəmizdə mühüm işlər görüldüyünü qeyd ediblər.

Filialın Mətbuat Xidməti.