Şahmat turniri Zəfər Gününə həsr olunub
- Nəşr edilib 07.11.2026 14:26
- Çap

Şahmat turniri Zəfər Gününə həsr olunub
06.11.2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəkaların yarışı” adlı şahmat turniri keçirilib. Yarışa gənc şahmatçılar öz ustalıqlarını nümayiş etdiriblər.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov turniri açıq elan edərək onun məqsəd və əhəmiyyətindən danışıb. Pedaqoji fakültənin dekanı Hamlet İslyasov isə yarışın qaydalara haqqında iştirakçılara məlumat verərək gənc şahmatçılara uğurlar arzulayıb.
Gərgin idman mübarizəsi şəraitində keçən turnir Turizm işinin təşkili ixtisasının II kurs tələbəsi Onur Veysəlovun qələbəsi ilə başa çatıb. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Asim Allahverdiyev II yerə, Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi Araz Həsənov isə III yerə çıxıblar.
Turnirin sonunda yarışın qalibləri Diplom və medallarla mükafatlandırılıb.
Filialın Mətbuat Xidməti.


