İctimai və təbiət fənləri kafedrasının elmi seminarı
- Nəşr edilib 02.11.2026 07:12
- Çap

İctimai və təbiət fənləri kafedrasının elmi seminarı
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Kafedranın müdiri, dosent Arif Veyisov mövzunu elan edib.
Seminarda kafedranın baş müəllimi Ülviyyə Bayramovanın “Azərbaycan siyasi mühacirəti ikinci dünya müharibəsi illərində” mövzusunda çıxışı maraqla dinlənilib.
Mövzu ilə bağlı müzakirələrdə Əməkdar müəllim İndira Vəliyeva, müəllimlərdən İmran Məmmədov, Veyis Adığözəlov, Musa Mursaqulov, Nurlan Quliyev çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.
