BDU Qazax filialında elmi seminar keçirilib
- Nəşr edilib 30.10.2026 09:20
- Çap

BDU Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova "Divanü-lüğat-it türk" mövzusunda çıxış edib.
Mövzu slayd vasitəsi ilə də təqdim olunub. Məruzədən sonra kafedranın baş müəllimi Səfayə Sadıqova, müəllimlərdən Əfranə Həsənli, Nigar Fərzəliyeva çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov iştirak edib.
Filialın Mətbuat Xidməti.
